Balotelli haqda sensasion iddia: Bakıda oynayacaq

Balotelli haqda sensasion iddia: Bakıda oynayacaq
18:22 11 Yanvar 2015
252 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan futbol tarixində ən səs-küylü transfer baş tuta bilər.

Anspress-in məlumatına görə, Bakının "İnter" klubu İtaliya millisinin və İngiltərənin "Liverpul" klubunun forvardı Mario Balotellini heyətinə qatmaq istəyir. Belə bir iddia ilə İtaliya mətbuatı çıxış edib.

Məlumatda deyilir ki, "Liverpul"da əsas heyətə düşməkdə çətinlik çəkən qaradərili futbolçu qış transfer pəncərəsində komandasını dəyişəcək. Balotellinin komandadan göndərilməsində maraqlı olan "Liverpul" rəhbərliyinin istənilən təklif qarşılığında İtaliya millisinin hücumçusunu satacağı gözlənilir.

İtaliyanın "Napoli" və "İnter", Yunanıstanın "Olmpiakos", Fransanın PSJ və Bakının "İnter" klublarının Balotellinin xidmətində maraqlı olduğu bildirilir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR