Play Store

Almaniyada xəsarət alanlar sırasında Azərbaycan vətəndaşlarının olub-olmaması araşdırılır - XİN

Almaniyanın Myunster şəhərində yük maşınının kafedə oturan insanların üzərinə sürülməsi nəticəsində xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olub-olmaması araşdırılır.

Metbuat.az trend-ə istinadən xəbər verir ki, bunu XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib: "Hadisədə xəsarət alanlar sırasında Azərbaycan vətəndaşlarının olub-olmaması məsələsi səfirlik tərəfindən Almaniya hüquq mühafizə orqanları ilə araşdırılır. Əlavə məlumat olduğu təqdirdə bildiriləcək".

Myunster şəhərində yaşayan həmyerlimiz Trend-ə bildirib ki, insident nəticəsində xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur.

Maşının sürücüsünün ruhi xəstə alman olduğunu bildirən həmyerlimiz qeyd edib ki, bu kafeyə əsasən zəngin gəlir.

Qeyd edək ki, son məlumatlara əsasən, Almaniyanın Myunster şəhərində yük maşınının kafedə oturan insanların üzərinə sürülməsi nəticəsində intihar edən sürücü də daxil olmaqla 3 nəfər həlak olub, 20 nəfər isə yaralanıb. Onlardan 6-nın vəziyyəti ağırdır. Şimali Reyn-Vestfaliy a federal əyalətinin daxili işlər naziri Xorbert Royl bildirib ki, Myunsterdəki insidentin terror aktı olduğu barədə məlumat yoxdur.

20 ildir bağlı olan qarajın qapısını açdılar və... - HƏYATLARI BİR ANDA DƏYİŞDİ / FOTOLAR - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR