Almaniyada baş vermiş hadisədə ölən və yaralananlar arasında - Azərbaycan vətəndaşı yoxdur

Almaniyanın Muenster şəhərində baş vermiş hadisədə ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur.

Metbuat.az trend-ə istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. Hikmət Hacıyev qeyd edib ki, Almaniya polisindən səfirliyimizə verilən məlumata görə, Muenster şəhərində baş vermiş hadisədə ölən və yaralananlar arasında Azərbaycan Respublikası vətəndaşı yoxdur.

Qeyd edək ki, son məlumatlara əsasən, Almaniyanın Münster şəhərində yük maşınının kafedə oturan insanların üzərinə sürülməsi nəticəsində intihar edən sürücü də daxil olmaqla 3 nəfər həlak olub, 20 nəfər isə yaralanıb. Onlardan 6-nın vəziyyəti ağırdır. Şimali Reyn-Vestfaliy a federal əyalətinin daxili işlər naziri Xorbert Royl bildirib ki, Myunsterdəki insidentin terror aktı olduğu barədə məlumat yoxdur.

MƏTBƏXİMİZDƏ BİZİ ÖLÜMƏ APARAN ƏŞYA - Xərçəngi necə yaradır... / VİDEO - Oxumaq üçün tıkla

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR