Moskvada azərbaycanlılara qarşı silahlı əməliyyat

Moskvada azərbaycanlılara qarşı silahlı əməliyyat
18:41 11 Yanvar 2015
195 Sosial
Ölkə mətbuatı
A- A+

Rusiya polisinin bu gün həyata keçirildiyi silahlı əməliyyatda Azərbaycan vətəndaşları ələ keçib.

ANS PRESS-in məlumatına görə, Moskva ətrafındakı Lobne qəsəbəsindəki mağazadan kassa aparatını və satıcının boynundankı qızıl zənciri aparan 5 nəfərdən 3-nü tutub.

Rusiya Daxili İşlər Nazirliyinin verdiyi açıqlamada bildirilir ki, ötən şənbə günü polis Bukinski şosse 2/1 ünvanında yerləşən mağazaya maskalı şəxslərin basqın etdiyi barədə məlumat daxil olub. Beş maskalı bıçaqla və tapança ilə satıcını hədələyərək ona məxsus qızıl boyunbağını və 70 min rubl dəyərində olan kassa aparatını aparıblar.

Qarətçilər bundan sonra "Mitrsubishi" markalı avtomobilə minərək gözdən itməyə cəhd ediblər.

Polislər hadisə yerinə gələrkən maskada olan beş naməlum şəxsin mağazanın binasından çıxaraq onlara tərəf gəldiyini görüblər. Onlardan biri tapançasını polisə tərəf istiqamətləndirib.tapança uzadıb.

Polis qanuna uyğun olaraq 2 xəbərdarlıq atəşi açıb. Nəticədə üç Azərbaycan vətəndaşı yerində saxlanılıb. Saxlanılanların maşınından iki kəlbətin, lom, ağır çəkic və digər əşyalar tapılıb.

Quldurluq maddəsilə cinayət işi açılıb. Hazırda cinayətdə iştirak edən daha iki nəfərin saxlanılması üzrə axtarış əməliyyatları aparılır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=30&nid=319029

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR