Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalar

2017-ci il ərzində Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalar formasında xarici kapitalın ümumi həcmi 5,7 milyard dollar təşkil edib.

Metbuat.az-ın məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının tədiyə balansında qeyd olunub.

Bu sahədə neft-qaz sektorunun xüsusi çəkisi 86 faizə bərabər olub.

2016-cı ilin göstəricisi ilə müqayisədə Azərbaycana birbaşa xarici investisiyalar 21,9 faiz azalıb.

Bu investisiyalar Azərbaycan ərazisində iri neft-qaz işlərinin, əsasən “BP Exploration Ltd” və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti tərəfindən həyata keçirilən layihələrin maliyyələşməsi məqsədi ilə istifadə olunub.

Mərkəzi Bankın qiymətləndirməsinə əsasən, qeyri-neft sektoruna cəlb olunmuş birbaşa investisiyaların həcmi 813,1 milyon dollar və ya hesabat dövründə ölkəyə cəlb olunmuş birbaşa investisiyaların 14 faizini təşkil edib. Bu, 2016-cı illə müqayisədə 2,1 dəfə azdır. 2016-cı ildə bu göstərici 1,71 milyard dollara bərabər olub.

Kəndlilər əkin zamanı tapdılar, içərisinə girdilər və... - Nə olduğunu öyrəndiklərində isə.../ FOTOLAR - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR