Fransada terror: Bir müsəlman öldürdü, digəri isə xilas etdi

Fransada terror: Bir müsəlman öldürdü, digəri isə xilas etdi
18:52 11 Yanvar 2015
214 Dünya
Ölkə mətbuatı
A- A+

Yerli media 24 yaşlı gənci qəhrəman kimi təqdim edir; O, 6 nəfər faransızı terrorçudan gizlədibmiş

“Yahoo News” Fransadakı terror olayları ilə bağlı son dərəcə ilginc xəbər yayıb. Məlumatda deyilir ki, yəhudilərə aid supermarketdə terror hücumu zamanı orada çalışan bir müsəlman bir neçə fransızı silahlı terrorçudan gizlətməyə müvəffəq olub. Hazırda həmin müsəlman gənc Fransada qəhrəman kimi təqdim olunur.

Milli.Az musavat.com-a istinadən bildirir ki, onun adı Lassana Bazilidir. 24 yaşı var. Terrorçu Amedy Kolibali içəridə atəş açarkən o, insanları daha təhlükəsiz yerə, supermarketin zirzəmisinə aparıb və onları oradakı soyuducunun içində gizlədib.

Bu barədə Fransa mediası da xəbər yaıb.

“Mən qapını açdım və bir neçə adam içəri daxil olaraq mənim yanıma gəldi. İşıqları söndürdüm. Soyuducunu cərəyandan ayırdım. Onlar soyuducunun içinə girdilər”, gənc müsəlman yerli “BFM TV”yə açıqlamasında belə deyib.

“Onlara dedim ki, sakit olun, sizdən səs çıxmamalıdır. Yoxsa o, biləcək ki, biz buradayıq. Gəlib bizi güllələyə bilər”.

Ancaq o, bayıra çıxan kimi polis onu terrorçu hesab edərək həbs edib. Gənc müsəlman onu da deyib ki, o, polisə supermarketin quruluşu barədə məlumat verib. Məhz həmin məlumatlara əsasən polis supermarketə hücum hazırlayıb.

Olay başa çatdıqdan sonra xilas etdiyi insanlar ona təşəkkür ediblər.

“Onlar soyuducudan çıxandan sonra mənə minnətdarlıq etdilər. Dedilər ki, nə yaxşı ki, sən bizə yardım etdin. Mən isə bildirdim ki, bu həyatdır, belə şeylər olur. Təşəkkürlük bir iş görməmişəm”, - deyə Lassana Bazili bildirib.

Fransanın “Le Parisien” qəzeti müəyyən edib ki, gənc müsəlman 6 faransızı soyuducuda gizlədibmiş.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR