Play Store

ETSN Şamaxıda sürüşmə sahələrinin vəziyyətini - açıqlayıb

Şamaxı şəhəri 48-A məhəlləsi sürüşmə sahəsində aktivlik müşahidə olunur”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

O bildirib ki, 48-A məhəlləsi sürüşmə sahəsi üzərində mövcud çatların parametrlərində artım qeydə alınıb.

Ekspedisiya rəisi qeyd edib ki, rayonun Muğanlı sürüşmə sahəsi də aktivləşib, sürüşmə sahəsində mövcud çatların ölçüləri genişlənib.

Qeyd edək ki, Şamaxıda adıçəkilən sürüşmə sahələrinin aktivləşməsi bir neçə evin qəzalı vəziyyətə düşməsinə səbəb olub. //APA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR