Aktrisanın son görünüşü görənləri təəcübləndirdi - FOTO

Şou dünyasının məşhur adları zəifləmək üçün bir çox üsuldan istifadə edir. Bəziləri sağlamlığı üçün, bəziləri isə rolu üçün çəki atırlar. Buna nail olmaq üçün idman, pəhriz və ya əməliyyat üsullarına əl atırlar.

Metbuat.az xəbər verirki, son olaraq mədə kiçiltmə əməliyyatı ilə 90 kiloqram atan Pelin Öztekin ilk dəfə çimərlik geyimində foto şəkillərini paylaşıb.

Öztekin ilin ilk çimərlik geyimində fotosunu “İnstagram” səhifəsində izləyicilərinə tədim edib.

Aktrisa 153 kiloqrama qədər çatdıqda 2015-ci ilin aprelində mədə kiçiltmə əməliyyatı keçirmişdi. “BKM Mutfak”dakı skeçlərdə çəkisi üst-üstə düşən rolları ilə adını geniş kütlələrə çatdıran Öztekin mədə əməliyyatından sonra ilk 6 ayda 158 kiloqramdan 100 kiloqrama düşmüşdü. Öztekin son olaraq 21 ayda 90 kiloqram ataraq 63 kiloqrama düşüb. 31 yaşlı aktrisa formasını qorumaq üçün isə nizamlı olaraq idmanla məşğul olur.

Atdığı çəkilərdən sonra bədəni deformasiya olan Öztekin estetik əməliyyat da keçirib.

http://matbuat.az/news/929711/emekdar-artist-48-ya...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR