Ağ Evin daha bir rəsmisi vəzifədən getdi

Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Maykl Anton vəzifəsindən ayrılıb.

Metbuat.az-ın xarici mediaya istinadən xəbərinə görə, yeni Milli Təhlükəsizlik Müşaviri Con Boltonun Ağ Evə gəlişindən dərhal əvvəl Maykl Antonun vəzifədən getməsi diqqət çəkib.

Daha əvvəl eks prezident Corc Buşun dövründə də Şurada xidmət edən Maykl Anton, Donald Trampın rəhbərliyi ilə 1 ildən uzun müddət vəzifəsində işlədikdən sonra çıxıb.

ABŞ mediasına açıqlama verən başqa bir Ağ Ev rəsmisi bildirib ki, prezident Donald Tramp Antonla telefonla danışaraq ona xidmətlərinə görə təşəkkür edib.

Qeyd edək ki, daha əvvəl Ağ Evin Milli Təhlükəsizlik üzrə məsləhətçisi, general-leytenant Herbert Raymond Makmasteri vəzifədən çıxaran Tramp, ABŞ-ın BMT-dəki keçmiş Daimi Nümayəndəsi Con Boltonu bu vəzifəyə təyin edib.

Günay Elşadqızı / METBUAT.AZ

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR