Bakıda bankomatdan 174 min manat pul - oğurlanıb

Bakıda bankomatdan külli miqdarda pul oğurlanıb.

Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsindən verilən məlumata görə, “Kapitalbank”ın rayon ərazisində yerləşən bankomatından 174 min manat pul oğurlanıb.

Baş vermiş hadisə ilə bağlı dərhal əməliyyat qrupu yaradılıb.

Hazırda polis hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Qeyd edək ki, ilk olaraq jurnalist Jalə Mütəllimova ötən gün bu barədə facebook sosial şəbəkəsində məlumat paylaşıb. //APA

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR