Masallıda qəbiristanlıqda törədilən qətlin üstü açıldı - DİN

Aprelin 8-də Masallı rayonunun Mollaoba kənd qəbiristanlığında kənd sakini Urfan Həsənovun üzərində zorakılıq əlamətləri olan meyitinin tapılması barədə daxil olmuş məlumatla əlaqədar Masallı Rayon Polis Şöbəsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

DİN-dən Metbuat.az-a verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş İlqar Camalov tutulub.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR