Emin Əfəndiyev “Azərpoçt” MMC-nin baş direktoru təyin edilib.
E.Əfəndiyev bu vəzifədə Ülvi Mansurovu əvəz edib. O, baş direktor vəzifəsində 2017-ci ilin mart ayından oktyabrınadək işləmişdi.
Bu vəzifəyə təyin olunanadək Emin Əfəndiyev Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı törəmə şirkəti “MBA-Moskva”nın İdarə heyətinin sədri vəzifəsində işləyib. //Trend