İtin hücumuna məruz qaldı - həyatı qaraldı

Trabzon Kalkınma məhəlləsində Yanvarın 3-də 2 itini gəzdirən Sinan S. marketdə alış-veriş edən Zeynəb E. ilə qarşılaşıb.

Metbuat.az xəbər verir ki, iddiaya görə Sinan S. gənc qadına "Məni tanıdınmı? Restorandan qovmuşdun. İtləri sənin üstünə salım?” deyə soruşub. "Xeyr, tanımadım" cavabını alan Sinan S. “Dogo Argentino” cinsi iti gənc qadının üstünə salıb. İt Zeynəb E.İ-nin sağ ayağını dişləyib.

Zeynəb E.İ-nin şikayətindən sonra Sinan S. həbs olunub, haqqında 5 il həbs tələbi ilə cinayət işi açılıb. Quduz peyvəndi etdirmək məcburiyyətində olan Zeynəb E.İ ofisiantlıq etdiyi restorandan bu səbəblə tez-tez icazə istəyinə görə işdən qovulub. İşsiz qaldıqda kirayəsini də ödəyə bilməyən gənc qadın evdən çıxardılıb. Çarəsiz qalan qadın bacısının evinə gedib.

“Habertürk” qəzetindən Enes Yıdırımın verdiyi xəbərə görə, bununla həyatı qaralan gənc qadın, iti üzərinə salan Sinan S. haqqında təzminat məhkəməsi açacağını deyib. Təcavüzə məruz qaldığını bildirən Zeynəb E.İ, "Hadisədən əvvəl mənə hədə-qorxu gəldilər. Bunları danışdım. Lakin açılan iş təkcə "silahla adi yaralama” olaraq keçir. Prokurora gedib yenidən şikayət edəcəyəm" dedi. Təxminən 2 ay həbsdə qaldıqdan sonra sərbəst qalan Sinan S. yaxın günlərdə hakim qarşısına çıxacaq.

https://metbuat.az/news/929885/oglunu-20-il-1-metr...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR