Play Store

Kiyevdə azərbaycanlıların həmrəylik aksiyası - keçirilib

Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Yaponiyanın Maliyyə Nazirliyi Gömrük və Tarif Bürosunun baş direktorunun müavini Sumiya Şibasakinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

DGK-dan Metbuat.az-a verilən məlumata görə, görüşdə Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori da iştirak edib.

A. Əliyev Azərbaycan və Yaponiya gömrük xidmətləri arasında qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin səviyyəsindən, xüsusilə Ümumdünya Gömrük Təşkilatı (ÜGT) çərçivəsində əlaqələrdən məmnunluğunu ifadə edib, bu əlaqələrin bütün sahələrdə bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Komitə sədri Azərbaycan gömrük xidmətinin ÜGT ilə qarşılıqlı səmərəli əlaqələrindən, bu qurumun Baş katibi Kunio Mikuriyanın Azərbaycana səfərlərindən və Azərbaycan prezidenti İlham Əliyevlə görüşlərindən məmnunluqla söhbət açıb və gələcəkdə əlaqələrin daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

A. Əliyev Yaponiya gömrüyünün kadrların potensialının artırılması istiqamətində Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edib, artıq dörd nəfər gömrük əməkdaşının Yaponiyada təhsil aldığını və həmin şəxslərin gömrük orqanlarında mühüm vəzifələr tutduğunu diqqətə çatdırıb.

Azərbaycanda əlverişli biznes mühitindən, sahibkarlıq fəaliyyətinin yaxşılaşdırılması istiqamətində atılan addımlardan bəhs edən A. Əliyev iş adamlarının çevik və səmərəli fəaliyyəti üçün mühüm imkanlar yaradıldığını vurğulayıb. Ölkədə istehsal məqsədilə həyata keçirilən layihələrin 7 il müddətinə vergilərdən azad olunduğunu diqqətə çatdıran Aydın Əliyev yaradılan münbit investisiya mühiti ilə əlaqədar yaponiyalı iş adamlarının da Azərbaycana investisiya yatıracağına, irihəcmli istehsal sahələrinin yaradılmasına töhfə verəcəklərinə əmin olduğunu bildirib.

S. Şibasaki iki ölkə arasında əlaqələrin inkişaf etdiyini və gələcəkdə daha da möhkəmlənəcəyini, öz növbəsində, hər iki ölkənin gömrük orqanlarının da əlaqələrin səmərəli şəkildə inkişafına töhfələrini verəcəyini bildirib.

Görüşdə bu il mayın 2-4 tarixlərində Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə Bakıda keçiriləcək Gömrük və Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorların Beynəlxalq Assosiasiyasının illik assambleya və konfransı, iyul ayında keçiriləcək "Gömrük idarəçiliyində aktual məsələlər və çağırışlar" mövzusunda III Beynəlxalq Tələbə Konfransı barədə də fikir mübadiləsi aparılıb.

Azərbaycan gömrük xidmətinin son illər gömrüklə əlaqəli bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etməsinə və bu tədbirlərin önəminə toxunan S. Şibasaki, o cümlədən beynəlxalq tələbə konfransının gənc gömrükçülər arasında əlaqələrin qurulması və inkişafı baxımından faydalı olduğunu və bu tədbiri yüksək qiymətləndirdiklərini bildirib.

Eyni zamanda, görüşdə bu il ÜGT-yə keçiriləcək seçkilərlə bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR