Parisdə “Birlik marşı” keçirilir (VİDEO)

Parisdə “Birlik marşı” keçirilir (VİDEO)
19:01 11 Yanvar 2015
174 Dünya
Ölkə mətbuatı
A- A+

Fransanın paytaxtı Parisdə bir neçə gün əvvəl baş verən hücumlara etiraz olaraq “Birlik marşı” keçirilir.

ANS TV-nin məlumatına görə, yürüşdə bir milyona yaxın adam iştirak edir. Aksiyaya həmçinin 40-dan çox ölkənin dövlət və hökumət başçılarıda qatılır. Fransua Olland “bu gün Parisin dünyanın paytaxtı” olduğunu ifadəsini işlədib. Yürüş iştirakçıları hücuma məruz qalan “Cahrile Hedbo” karikatura jurnalının əməkdaşlarının xatirəsinə “mən Cahrileyəm” şüarları nümayiş etdirir.

Aksiyanan keçirildiyi küçə və meydanlar, eləcə də iştirakçıların toplaşdığı Respublika meydanı ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib. Küçələrdə minlərlə polis məmurunun olduğu bildirilib.

Elə yürüşə qatılmaq üçün Fransanın yolunu tutan Türkiyənin baş naziri Əhməd Davudoğlu hələ Parisə çatmadan jurnalistlərin suallarını cavablandırıb.

Davudoğlu hər bir terror aktının hər hansı bir din və məzhəblə bağlamağın düzgün olmadığını bildirib. Türkiyənin illərdir terrordan əziyyət çəkən ölkə kimi Fransanı daha yaxşı başa düşdüyünü bəyan edib.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=319055

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR