Qarabağda ermənistanlı əsgərlər zorakılığa məruz qalır

Qarabağda mübahisə zəminində daha iki ermənistanlı əsgər döyülüb.

Metbuat.az ordu-ya istinadən xəbər verir ki, bu il aprel ayının əvvəllərində hərbi hissədə xidmət edən övladlarını görməyə gələn iki ermənistanlı valideyn oğullarının mübahisə zəminində amansızcasına döyülərək zorakılığa məruz qaldıqları barədə hərbi istintaq orqanlarına müraciət ediblər.

İşğal altında olan ərazilərimizdə yerləşən düşmən ordusunun hərbi hissələrindən birində xidmət edən Hrant Manqasaryan və Aşot Hakopyan da öz izahatlarında daim zabitlər tərəfindən zorakılğa məruz qaldıqlarını və etiraz etdikdə isə döyüldüklərini etiraf ediblər.

Hər iki əsgərin döyülməsi faktı ilə bağlı araşdırma aparılır.

Günün qoroskopu - Sizi böyük iş gözləyir - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR