Play Store

Afrində öldürülən amerikalı terrorçu qadın -Tibb fakültəsində oxuyarkən...

Afrin əməliyyatında ölü ələ keçirilən amerikalı qadın terrorçu Alina Sançezin Kandil heyətindən olduğu ortaya çıxıb.

Metbuat.az xəbər verir ki, "Legerin Çiya " ləqəbli amerikalı Sançezin Kandildəki PKK düşərgələrindən Afrinə yollandığı müəyyənləşib. Aparılan araşdırmalardan məlum olub ki, terrorçu tibb fakültəsində oxuyarkən 2011-ci ildə Şimali İraqa gəlib və terror təşkilatı PKK-ya qatılıb.

Tibbi bacarıqları olduğu üçün terrorçulara sağlıq xidməti göstərən Sançez xüsusilə, təşkilatın başçılarından "Avareş" ləqəbli Mustafa Karasu və "Abbas" adlı Duran Kalkanın şəxsi tibb bacısı olaraq göndərilib.

Alina Sançez daha sonra Suriyadakı PYD/YPG-yə göndərilib və Zeytun budağı əməliyyatı zamanı öldürülüb.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR