Play Store

Ləğv prosesində olan bankların əmlakları hərraca çıxarılır

Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan QSC “Bank Standard” KB, ASC “Texnikabank”, ASC “Kredobank”, ASC “Zaminbank”, ASC “Royalbank” və ASC“Bank of Azerbaycan” balansında olan daşınar və daşınmaz əmlaklarını 41 lot üzrə satışa çıxarır.

ƏSF-dən Metbuat.az-a verilən məlumata görə, 20 lot üzrə əmlak ikinci dəfəhərraca çıxarılır, 19 lot üzrə - üçünçü dəfə, 2 lot üzrə isə dördüncü dəfə hərraca çıxarılır.

Dördüncü dəfə hərracaçıxarılan ləğv prosesində olan “Texnikabank” ASC-nin balansındakı bağ evinin və ləğv prosesində olan QSC “Bank Standard” KB-nin balansındakı 1 ədəd “Daewoo Nexia”avtomobilinin ilkin satış qiyməti 30% aşağı salınıb. Bu əmlakların satışı üzrə hərrac 30aprel 2018-ci il tarixində keçiriləcək.

Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin balansındakı2 ədəd VAZ-213100, 1 ədəd “Lexus LX-570”, 1 ədəd “Mercedes Benz CLS 63 AMG”, 1 ədəd “Mercedes Benz GL500”, 1 ədəd “Mercedes Benz S500i”, 2 ədəd “Mitsubishi Lancer” markalı avtomobillər, ləğv prosesində olan “Royalbank” ASC-nin balansındakı 1 mənzil və 2 ev, ləğv prosesində olan “Kredobank” ASC-nin balansındakı 1 mənzil və ləğv prosesində olan “Texnikabank” ASC-nin balansındakı 7 ədəd qeyri-yaşayış sahəsi üçüncü dəfə hərraca çıxarılıb.Üçüncü hərraca çıxarılan əmlakların ilkin satış qiyməti 15% aşağı salınıb.

Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin balansındakı 10 ədəd bankomat, 1 ədəd pulsayan və 1 ədəd pulpresləyən aparatları, ləğv prosesində olan “Zaminbank” ASC-nin 1 qeyri-yaşayış sahəsi və 3 mənzil, ləğv prosesində olan “Royalbank” ASC-nin balansındakı 1 fərdi ev, ləğv prosesində olan “Texnikabank” ASC-nin balansındakı 157 ədəd mebel və texniki avadanlıq (bir lot üzrə) və 1 ədəd bankomat və ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin balansındakı “Ford Transit” avtomobili hərraca ikinci dəfə çıxarılıb.

İkinci və üçüncü dəfə satışa çıxarılan əmlaklar üzrə hərrac 7 may 2018-ci il tarixində keçiriləcək.

Hərrac açıq formada Azərbaycan Respublikası Xammal və Əmtəə Birjasında, Bakı şəh, İ.Hidayətzadə küç, 156(20A) 1933-cü məh. ünvanındakeçiriləcək. Hərraca cıxarılan əmlakların vəziyyəti ilə http://www.birjanews.az/store/mantlrin-sigortalanm... saytında tanış olmaq olar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR