Play Store

Süni göldə batan şəxsin meyiti tapılıb - Sumqayıtda

Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi ərazisində süni göldə Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən aparılan axtarış işləri başa çatıb.

FHN-dən Metbuat.az-a verilən məlumata görə, aprelin 3-də göldə batdığı ehtimal edilən 1982-ci il təvəllüdlü Qurbanov Tərlan Hüseynalı oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat başa çatıb.

Azərbaycanda dollar BAHALAŞACAQ? - Təzyiqlər artır / AÇIQLAMA - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR