36 yaşlı kişinin meyiti dalğıclar tərəfindən tapılıb

36 yaşlı kişinin meyiti dalğıclar tərəfindən tapılıb
12:14 10 Aprel 2018
61 Digər
Ölkə mətbuatı
A- A+

Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi ərazisində süni göldə Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən aparılan axtarış işləri başa çatıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, aprelin 3-də göldə batdığı ehtimal edilən 1982-ci il təvəllüdlü Qurbanov Tərlan Hüseynalı oğlunun cəsədi dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/298485

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR