Play Store

Külli miqdarda narkotik dövriyyədən çıxarıldı

Külli miqdarda narkotik dövriyyədən çıxarıldı
12:52 10 Aprel 2018
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.

DİN-dən Milli.Az-a verilən məlumata görə, aprelin 9-da bu istiqamətdə keçirilmiş tədbirlər nəticəsində 4 kiloqrama yaxın narkotik vasitə, həçminin xeyli sayda çətənə kolları polis əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.

Belə ki, Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binə qəsəbəsindəki evlərin birindən çəkisi 525 qram olan marixuana aşkar edilərək götürülüb.

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Natiq Bəşirovdan 11,55 qram, evindən isə əlavə olaraq çəkisi 3 kiloqram 150 qram marixuana aşkar edilərək götürülüb.

Daxil olmuş məlumatlar əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Xəzər Rayon Polis İdarəsinin əməkdaşları Mərdəkan qəsəbə sakini Sahib Əliyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 230 ədəd, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları Mirzəqurbanlı kənd sakini Faiq Yusifova məxsus həyətyanı sahədən 91 ədəd, Kür çayının sahilindən isə 224 ədəd narkotik tərkibli çətənə kolu aşkar edilərək götürülüb.

Saxlanılan şəxslər göütürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Faktlarla bağlı araşdırmalar aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/640807.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR