Play Store

Şamaxıda qoyun oğruları tutuldu

Şamaxıda qoyun oğruları tutuldu
12:57 10 Aprel 2018
52 Ölkə
Ölkə mətbuatı
A- A+

Aprelin 9-da Şamaxı Rayon Polis Şöbəsinə müraciət edən Mədrəsə qəsəbə sakini Əhliman Bayramov bir gün əvvəl axşam saatlarında həyətinə girmiş naməlum 2 nəfərin oradan 2 baş qoyun apardığını bildirib.

DİN-dən Milli.Az-a verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.

Dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilərək "isti izlər"lə saxlanılıblar. Araşdırmalarla onların şəhər sakinləri Vüsal Quliyev və Malik Məmiyev olduqları müəyyən edilib. Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların aprelin 6-da şəhər sakini Səxavət Feyzullayevin həyətindən də 2 baş qoyun oğurlamaları müəyyən edilib.

Şamaxı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/640809.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR