Narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxs saxlanıldı - FOTO

Narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxs saxlanıldı - FOTO
13:37 10 Aprel 2018
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və alqı-satqısında şübhəli bilinən şəxslər saxlanılıb.

DİN-dən Milli.Az-a verilən məlumata görə, əməliyyat nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elvin Heydərov narkotik vasitələrin alqı-satqısında şübhəli bilindiyi üçün saxlanılaraq polis şöbəsinə gətirilib. Hal şahidlərinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilən zaman 2 büküm narkotik vasitə heroin aşkar olunaraq götürülüb.

Araşdırmalar zamanı E.Heydərova narkotik maddəni satanın kimliyinə də aydınlıq gətirilib və məlum olub ki, o heroini İntiqam adlı şəxsdən alıb. Əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən Ağstafa rayon sakini, əvvəllər məhkum olunmuş İntiqam Hüseynov da saxlanılaraq istintaqa təqdim olunub. Saxlanılan zaman İ.Hüseynovun üzərindən 1.53 qram, yaşadığı evdən isə 2 kiloqram 48 qram hazır qablaşdırılmış formada satış üçün nəzərdə tutulan tiryək və 1,112 qram heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/640806.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR