Yunanlar Türkiyə helikopterinə atəş açdılar

Yunanlar Türkiyə helikopterinə atəş açdılar
14:13 10 Aprel 2018
66 Digər
Ölkə mətbuatı
A- A+

Aralıq dənizində Türkiyə və Yunanıstan arasında gərginliyi artıracaq növbəti hadisə baş verib.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Meis (Kızılhisar) adasının qərbində yerləşən Ro (Kara) adasının üzərində alçaqdan uçan Türkiyə Silahlı Qüvvələrinə məxsus helikopterə yunan əsgərlər xəbərdarlıq atəşi açıblar.

“Ekaterimi” qəzetinə danışan Yunanıstan Müdafiə Nazirliyindəki mənbələr helikopterə qaydalar çərçivəsində cavab verildiyini söyləyiblər.

SKAI televiziyası isə xəbərdarlıq atəşindən sonra helikopterin bölgədən ayrıldığını xəbər verib. Bununla belə, dünən gecə yerli vaxtla saat 23:30-da baş verən hadisədə helikopterin Türkiyəyə məxsus olub-olmadığını müəyyənləşdirmək mümkün olmayıb.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/region/237068.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR