Play Store

Nizamidə ticarət mərkəzində oğurluq edən şəxs tutuldu

Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini F.Kərimova rayon ərazisindəki ticarət mərkəzlərindən birində işlədiyi mağazadan çantasından içərisində 750 manatı olan pulqabısının oğurlandığını bildirib.

DİN-dən Metbuat.az-a verilən məlumata görə, əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları tərəfindən oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş Vüsal Məmmədov olduğu məlum olub.

Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun daha üç qadının çantalarından pul oğurlaması da müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.

Sevilərək izlənilən serial BAŞA ÇATIR - Səbəbi isə... - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR