Yəmənli bloqer Azərbaycandan üzr istədi

Yəmənli bloqer Azərbaycandan üzr istədi
14:47 10 Aprel 2018
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Yəmən vətəndaşı, bloqer Nada Ahmed Ali Al-Nahdi məktubla müraciət edərək, adının "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı"na salınmamasını xahiş edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, məktubunda N.Al-Nahdi Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü, suverenliyinə və qanunlarına hörmət etdiyini bildirib.

Qanunsuz səfərin fəsadlarından əvvəlcədən məlumatlı olmadığını bildirən N.Al-Nahdi Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfərin heç bir halda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təşviqinə xidmət etmədiyini vurğulayıb və işğal olunmuş ərazilərə qanunsuz səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini qeyd edib. Məktubunda o həmçinin, gələcəkdə ölkəmizin işğal altında olan ərazilərinə bu kimi səfərlərdən çəkinəcəyini bildirib.

N. Al-Nahdinin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının "Arzuolunmaz şəxslər siyahısı"na salınmamasına dair qərar qəbul edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/640868.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR