Aytəkin Əliyevanın "Forbes" uğuru: Qərbdəki mühacir qadınlar ona üz tuturlar - FOTOLAR

Aytəkin Əliyevanın "Forbes" uğuru: Qərbdəki mühacir qadınlar ona üz tuturlar - FOTOLAR
15:03 10 Aprel 2018
70 Digər
Ölkə mətbuatı
A- A+

Son günlər dünya mediası soydaşlarımız haqqında maraqlı məqalələr hazırlayır. Bunlardan biri də azərbaycanlı aktivist, əslən Lənkərandan olan Aytəkin Əliyevadır. Dünyanın ən məşhur jurnallarından biri olan "Forbes" Nina Robertsin müəllifliyi ilə "Femigrants" (qadın immiqrantlara kömək etmək üçün yaradılıb) sosial şəbəkə layihəsinin yaradıcısı A.Əliyeva ilə müsahibə hazılayıb. Publika.az həmin müsahibənin qısa mətnini təqdim edir:

- Əvvəla, ondan başlayaq ki, sizi Azərbaycandan San-Fransiskoya gətirən səbəb nə oldu?

- 2011-ci ildə Tenessi Dövlət Universitetinin sosial media və kommunikasiya ixtisasına qəbul oldum və təhsilimi davam etdirmək məqsədilə San-Fransiskoya gəldim. Hazırda 30 yaşım var, ali təhsilimi davam etdirə bilmək üçün neft şirkətində yaxşı məvacibli işə başladım.

- Niyə?

- Mən sosial media platformalarının bizim həyatımıza necə təsir etdiyini, baş verən texnoloji inqilabın həyat tərzini necə və hansı sürətlə dəyişdiyini araşdırmaq istəyirdim. Əslində, aspirantura üçün hazırladığım mövzunun adı "Yaxın Şərqdə "Facebook" və "Tviter"in inqilabi rolu" olub.

- San-Fransiskoda "Facebook" şirkətində işin necə alındı? Və nə üçün məhz "Femigrants"?

- Tenessi Dövlət Universitetində təhsilimi başa vurduqdan sonra, San-Fransiskoda "Yeni Amerika Kütləvi İnformasiya Vasitələrində" təcrübə proqramı keçmişəm. Həyat yoldaşım da bu şəhərdə təcrübə keçmişdi. Baxmayaraq ki, San-Fransiskoda peşəkarlar üçün imkanlar var, ancaq "Femigrants" şəbəkəsinin yaradılması mürəkkəb iş tələb edən bir təcrübə idi.

- "Femigrants" sosial layihəsini yaratmağa sənə motivasiya verən əsas amil nə oldu?

- Məni bu ideyanı həyata keçirməyə vadar edən əsas amil mühacir, uşaqlı və biznes həyatında uğur qazanmaq istəyən qadınlara kömək etmək istəyim idi. Mən qadın mühacirlərin uğurlu liderlər kimi formalaşmalarına köpmək edib, onlara öz təcrübələrim əsasında istiqamət vermək istəyirdim. İmmiqrantlara kömək edən müxtəlif QHT-lər, qrumlar olsa da, mən heç bir irq, din və mədəniyyətindən asılı olmadan, ayrı-seçkilik edilməyən bir şəbəkə qurmaq istəyirdim. Məhz bu səbəbdən "Femigrants" layihəsinə tək başladım. Lakin layihə haqqında "Facebook" və "İnstagram" səhifələrində paylaşımlar etdikcə, mənə qoşulmaq istəyən könüllülərin, həmkarlarımın sayı sürətlə artdı. Dostlarımın da dəstəyi ilə Azərbaycandan bizə dəstək olan üzvlər topladıq. Beləcə, bu layihəni ərsəyə gətirdik.

- Tapdığınız sahibkar qadınlara hansı növ köməklər edirsiz?

- Ölkəsini tərk edib, müxtəlif mədəniyyəti, qanun və qaydaları olan dövlətə köçmək heç bir insan üçün asan proses deyil. Mühitə adaptasiya olmaq, uyğunlaşmaq üçün xeyli vaxt lazım olur. Layihəmiz əsasında ilk növbədə immiqrant qadınlara bu istiqamətdə peşəkar yardım göstərir, bəzən sponsorluq edir və onların lider kimi formalaşmasına istiqamət veririk.

Layihə prosesində tədris aparan həmkarlarımız sahibkar xanımlarla biznes strategiyalarını və hətta təcrübələri əsasında formalaşan, özlərinə məxsus idarəçilik siyasətini, biliklərini paylaşırlar. Müxtəlif rakursdan ideyaları dinləyir və təhlil edirlər. Hər iki tərəfin dəstəyi ilə sponsorlar sizə inanır və fəalliyyətinizə maliyyə yardımı göstərir. Sponsorlar onlara sərmayə qoyur və sahibkar qadınların əldə etdikləri uğurdan özləri də yararlana bilirlər.

"Femigrants" təxminən 3 min qadın immiqrant sahibkar və biznes liderlərin toplaşdığı, Silikon Vadisində yerləşən geniş sosial şəbəkə layihəsidir. "Femigrant"ın ilk forumu mart ayının 22-də San-Fransiskoda keçirilib. Şəbəkənin adı "Femigrants"- "Female" ( qadın ) və "immigrant" ( mühacir ) sözlərinin birləşməsindən yaradılıb.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/projects/xususi/237046.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR