Super Liqa təmsilçisi baş məşqçini qovdu

Super Liqa təmsilçisi baş məşqçini qovdu
15:33 10 Aprel 2018
141 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə Super Liqası təmsilçilərindən olan “Bursaspor” fransalı baş məşqçi Le Quen ilə yollarını ayırıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb turnirin son həftələrində baş verən uğursuzluqlar olub.

Qərar dünən baş məşqçi ilə klubun idarə heyətində arasında baş tutan görüşdən sonra qəbul edilib. Super Liqanın qalan 6 həftəsində komandanın başında baş məşqçinin yardımçısı Mustafa Ər olacaq. O isə özünə köməkçi kimi argentinalı ulduz Batallanı götürəcək.

Fransalı baş məşqçi “Bursaspor”un başında 28 Super Liqa, 6 Türkiyə Kuboku olmaqla, toplamda 34 matça çıxıb. Bu matçların 13-də “Bursaspor” qalib gəlib, 14 matçdan isə meydandan xalsız ayrılıb.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/237070.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR