Play Store

"Gənc və müstəqil Azərbaycanın seçki təcrübəsi bir çox ölkələr üçün nümunədir"

"Gənc və müstəqil Azərbaycanın seçki təcrübəsi bir çox ölkələr üçün nümunədir"
15:47 10 Aprel 2018
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Gənc və müstəqil Azərbaycanın seçki təcrübəsi bir çox ölkələr üçün nümunədir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycanda prezident seçkilərində müşahidə aparacaq amerikalı ekspert, "Tool Shed Group"un rəhbəri Ceyson Kats "Seçki-2018" Müstəqil Medai Mərkəzinə açıqlamasında deyib.

C.Kats 2015-ci ildə Azərbaycanda parlament seçkilərində də müşahidəçi kimi iştirak etdiyini bildirib: "Həmin vaxt mən seçki prosesində fəal iştirak edən müşahidəçi idim. İnsanlarla söhbət etdim, təmaslar qurdum. Seçicilərin seçkiyə gəlişindən tutmuş bülletenlərin qutuya atılmasına qədər bütün prosesləri izlədim. O zaman olduğum məntəqələrdə heç bir problem qeydə alınmadı".

Müşahidəçi bildirib ki, builki seçki prosesi də yüksək səviyyədə təşkil olunub:

"Əminəm ki, bu dəfə də seçkilər azad və demokratik keçiriləcək. Gənc və müstəqil Azərbaycanın seçki təcrübəsi bir çox ölkələr üçün nümunədir. Xüsusilə də məntəqələrdə veb-kameraların quraşdırılması təcrübəsindən başqa ölkələr də yararlana bilər. Müşahidələrimi əsas götürərək deyə bilərəm ki, sabah seçki günü xalq sərbəst şəkildə öz istədiyi namizədə səs verəcək".

Qeyd edək ki, Azərbaycanda prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/640899.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR