Millimiz Piterdə 5-ci oldu

Millimiz Piterdə 5-ci oldu
19:27 11 Yanvar 2015
205 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII ənənəvi beynəlxalq turnirə yekun vurulacaq. Fanat.az xəbər verir ki, yarışda mübarizə aparan 1997-ci il təvəllüdlü futbolçulardan ibarət millimiz son görüşünə çıxıb.

 

5-ci yer uğrunda matçda komandamız Belarus yığmasını sınağa çəkib. Peterburqski İdman-Konsert Kompleksində baş tutan qarşılaşmanın 90 dəqiqəsi 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə Nikolay Adamın yetirmələri 6:5 hesabı ilə qalib gələrərək, turniri 5-ci yerdə başa vurub.

 

Qeyd edək ki, turnirin finalında Rusiya və Cənubi Koreya komandaları üz-üzə gələcək.

 

Sankt-Peterburq 

Valentin Qranatkin turniri

5-ci yer uğrunda oyun


11 yanvar

Azərbaycan - Belarus 1:1 (Penaltilər - 5:4)

Qollar: İlkin Sadıqov, 22-pen - Roman Kazençuk, 66.

Azərbaycan: 12. Tolqa Şahin (1. Ağaseyid Qasımov, 88), 2. Sertan Taşkın, 5. Renat Ağaverdiyev (6. Əlibəy Məmmədli, 66), 7. Mahir Mədətov (17. Fərid Kərimzadə, 63), 8. Emin Zamanov, 10. Elnur Cəfərov, 14. Yusif Nəbiyev, 20. Roman Hüseynov, 21. İlkin Sadıqov, 23. Elgün Uluxanov (9. Şahban Cəbrayılov, 88), 27. Bəhlul Mustafazadə (k) (24. Ayxan Əsədov, 82).

Ehtiyat oyunçular: 22. Turan Hüseynzadə, 3. Elməddin Məmmədov, 11. Umar Akmurzayev. 

Belarus: 1. Nikita Rabtseviç (12. Andrey Sinenko, 90+1), 2. Aleksey İvanov, 5. Albert Kapskiy, 8. Aleksey Butareviç, 9. Dmitri Bessmertnıy (7. Aleksandr Butko, 81), 10. Valeri Qromıko, 11. Yevgeni Velko (k) (16. Aleksey Xaneviç, 90+2), 15. Aleksandr Aleksandroviç (14. İlya Kuxarçik, 66), 17. Yeqor Xvalko, 19. İlya Raşenya, 20. Roman Yuzelçuk.

Ehtiyat oyunçular: 3. Oleq Qarapuçik, 4. Roman Kozel, 6. İvan Berezun, 18. Maksim Saneç.

Sarı vərəqələr: Yusif Nəbiyev, 25, Roman Hüseynov, 34, Emin Zamanov, 42, İlkin Sadıqov, 73 - Nikita Rabtseviç, 21, Albert Kapskiy, 90+2.

Penalti seriyası: Ağaseyid Qasımov, Emin Zamanov, Serkan Taşkın, Roman Hüseynov, İlkin Sadıqov - Albert Kapski, Aleksandr Butko, Yeqor Xvalko, Valeri Qramıko.

Qolla nəticələnməyən penalti: İlya Kuxarçik (kənara).

Hakimlər: Dmitri Lipovoy, Andrey Kujelev, İlya Doroqostoyskiy (Rusiya).

Sankt-Peterburq. Peterburqski İdman-Konsert Kompleksi.


Fanat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR