Play Store

FİFA futbola daha bir qadağa gətirir: BUNDAN SONRA...

FİFA futbola daha bir qadağa gətirir: BUNDAN SONRA...
16:23 10 Aprel 2018
179 İdman
Ölkə mətbuatı
A- A+

Dünya futbolunun patronu FİFA klubların son dövrlərdə futbolçuların icarə əsasında göndərilməsindən sui-istifadə etdiyini iddia edir.

Publika.az xəbər verir ki, ali futbol qurumu icarə əsasında aparılan transferlərə müdaxilə etməyə hazırlaşır.

Məsələ hələ ki, müzakirə səviyyəsindədir. Ancaq FİFA transferdə yeni sistem tətbiq etməklə klubların oyunçularını başqa komandalara kirayələməyinin qarşısını almaq istəyir. İddialara görə, xüsusilə, böyük klublar kirayəlik transferlərdən sui-istifadə edir. Məslən “Çelsi”nin müqavilə bağlayıb başqa klublara icarəyə verdiyi 40-a yaxın futbolçusu var. Marko Van Ginkel “Çelsi”nin futbolçusu olmasına rəğmən, sırayla “Milan”, “Stok Siti” və PSV-də oynayıb. Başqa bir örnək isə “Yuventus”dur. İtaliyanların 50-ə yaxın icarə əsasında başqa klublarda oynayan oyunçusu var. Məsələn, Alberto Cerri 2015-ci ildə “Yuventus”a transfer olunmasına rəğmən, heç vaxt bu komandanın formasını geyinməyib. Hər mövsüm başqa bir komandaya keçən Cerri bu günədək 4 ayrı heyətdə oynayıb.

Bu faktları nəzərə alan FİFA böyük klubların sırf başqa klublara icarəyə vermək və ya satmaq üçün gənc oyunçuları aldığını, bununla onların istedad və potensialının üzə çıxmasına mane olduğunu düşünür.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/237079.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR