İrandan TƏHDİD: İsrailə cavab veriləcək

İrandan TƏHDİD: İsrailə cavab veriləcək
16:48 10 Aprel 2018
73 Digər
Ölkə mətbuatı
A- A+

İsrail Suriyanın hökumət güclərinə aid təyyarə bazasına raket hücumuna görə cavab verməli olacaq.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda İranın ali dini lideri Əli Xameneinin beynəlxalq məsələlər üzrə məsləhətçisi Əli Əkbər Vilayəti bildirib.

Xatırladaq ki, bazar ertəsi İsrailin Hərbi Hava Qüvvələri Tifor təyyarə bazasına raket zərbələri endirib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, zərbələr iki “F-15” qırıcısı tərəfindən endirilib. Raketlərdən 3-ü hədəfə dəyib, 5-i isə Suriyanın hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirilib. Hadisə nəticəsində İranın bir neçə hərbi məsləhətçisi həlak olub.

Tehran hücumu Suriyanın müstəqilliyin və bütün beynəlxalq normaların pozulması adlandırıb.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/region/237081.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR