Daha bir vətəndaş instaqram fırıldağının qurbanı olub

Daha bir vətəndaş instaqram sosial şəbəkəsində dələduzluğun qurbanı olub.

Metbuat.az-ın məlumatına görə, Bakı şəhər sakini Bəbək Həsənov 5 gün əvvəl həmin sosial şəbəkədə ''Panelxidməti'' adlı səhifəyə izləyici sayını artırmaq üçün mesaj yazıb. Səhifəni idarə edən şəxs isə ona bildirib ki, "əgər instaqramda 10 min iziləyəcinin olmasını istəyirsənsə əvvəlcədən deyiləcək telefon nömrəsinə 10 manatlıq kontur göndərməlisən".

Babək Həsənov konturu alıb və şifrəsini ona göndərib. Üzərindən bir müddət keçməsinə baxmayaraq verilən vəd yerinə yetirilməyib.

Aldadıldığını iddia edən Babək Həsənov həmin nömrəyə göndərdiyi konturun geri qaytarılması ilə bağlı mesaj yazıb.

Məsələni araşdırarkən bəlli oldu ki, vətəndaşları aldadan şəxs və ya şəxslər əvvəlcə göstərdikləri xidmət barədə instaqramda mesajlaşandan sonra əsasən xarici ölkələrə məxsus mobil operatorların nömrə kodu ilə votsapda qeydiyyatdan keçib, ödəniləcək məbləğ və kontur şifrəsini həmin nömrəyə göndərməyi istəyirlər.

Elə Babək Həsənovla votspda yazışan şəxsin nömrəsinə nəzər saldıqda da məlum oldu ki, həmin nömrə Kanada mobil operatoruna məxsus nömrədir. Məsələ ilə bağlı instaqramda həmin səhifəni idarə edən şəxsə mesaj yazdıq və onun mövqeyini öyrənmək üçün Xəzər Televiziyasına dəvət etdik. O, məsələ ilə bağlı heç bir açıqlama verməyəcəyini bildirdi.

Mütəxəssislər isə vətəndaşlara tövsiyə edirlər ki, aldanmamaq üçün bu cür səhifələrin xidmətindən istifadə etməsinlər.


Alimlərdən dünyanı qurtaran KƏŞF - Nanorobortlar xərçəng xəstəliyini sağaltdı / VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR