Play Store

Səyyaf Xəlilovun 80 illik yubileyi qeyd olundu

Səyyaf Xəlilovun 80 illik yubileyi qeyd olundu
19:08 10 Aprel 2018
95 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik H.Əliyev adına Coğrafiya İnstitutunda coğrafiyaçı, torpaqşünas alim, kənd təsərrüfatı elmləri namizədi Səyyaf Xəlilovun 80 illik yubileyi qeyd olunub.

Publika.az-a Coğrafiya İnstitutundan veürilən məlumata görə, tədbirdə bu elm müəssisəsinin direktoru, akademik Ramiz Məmmədov S.Xəlilovun elmi yaradıcılığı və ictimai fəaliyyəti haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, alimin əldə etdiyi elmi nəticələr, Azərbaycanın ayrı-ayrı bölgələrinə aid hazırladığı xəritələr respublikada torpaqların mühafizəsi və istifadəsinin yaxşılaşdırılmasında mühüm rol oynayıb. S.Xəlilov iqlimin dəyişməsi və antropogen amillərin fəaliyyəti sayəsində torpaqlarda baş verən genetik dəyişiklikləri öyrənib, bu sahədə 60-dan artıq elmi məqalənin, iki monoqrafiyanın müəllifidir.

Coğrafiya İnstitutu Azərbaycanın torpaq ehtiyatları şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru İsmayıl Quliyev görkəmli tədqiqatçı haqqında geniş məruzə ilə çıxış edib. Vurğulanıb ki, alim elmi tədqiqat işlərini həmişə zamanın tələblərinə uyqun aparıb. Torpaqların morfogenetik pozulmaları, torpaq-bitki arasında qarşılıqlı əlaqə, antropogen təsirin qiymətləndirilməsi, torpaqlardan səmərəli istifadə onun qarşısında duran problemlər olub.

Aqrar elmləri üzrə fəlsəfə doktorları Hafiz Yaqubov, Tahirə Salmanova, Vilayət Həsənov, coğrafiya elmləri doktoru Rənabəyim Qaşqay, coğrafiya üzrə fəlsəfə doktoru Habil Haqverdiyev və başqaları S.Xəlilovla bağlı xatirələrini bölüşüb, onun elmə verdiyi töhfələrdən bəhs ediblər.

S.Xəlilovun ailə üzvləri adından çıxış edən alimin qızı Xatirə Xəlilova atasının torpağa olan sevgisindən, bağlılığından danışıb. Diqqətə çatdırılıb ki, S.Xəlilov ömrünün çox hissəsini Azərbaycan torpaqlarının tədqiqinə sərf edib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/elmvetehsil/237098.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR