Play Store

Azərbaycan nəyə görə Qərb üçün əhəmiyyətli sayılır? - VİDEO

Azərbaycan nəyə görə Qərb üçün əhəmiyyətli sayılır? - VİDEO
21:12 10 Aprel 2018
212 Ölkə
Ölkə mətbuatı
A- A+

Dünyanın nüfuzlu "The Vashington times" qəzetində "Azərbaycan qərb üçün niyə əhəmiyyətli sayılır?" sərlövhəli məqalə dərc olunub.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Avropa Siyasətinin Təhlili Mərkəzinin böyük əməkdaşı Yanuş Buqayskinin müəllifi olduğu məqalədə ölkəmizin regionda oynadığı rol xüsusi vurğulanıb. Qeyd olunub ki, Azərbaycan Avropanin enerji təminatında xüsusi paya malikdir.
Məqalədə qeyd olunur ki, müasir Azərbaycan Cümhuriyyətin varisidir və onun suverenliyinin qorunması Cənubi Qafqaz və ətraf regionlarda təhlükəsizliyin açarıdır.
Yazıda xatırladılır ki, 1994-cü ildə "Əsrin Müqaviləsi" imzalandıqdan sonra ölkə neft ixracını Qərb istiqamətinə yönəltdi. Bu, xarici güclərin ölkəyə təsirinin balanslaşdırılması və bununla da təhlükəsizliyin təmin edilməsi istiqamətində müttəfiqlərin axtarılması, həmçinin Qərbdə önəmli bir mövqe qazanmaq baxımından strateji seçim idi.
Məqalədə Dağlıq Qarabağ probleminə də toxunulur və Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edildiyi vurğulanır. Bildirilir ki, Cənubi Qafqazın Avropa üçün strateji mərkəzə çevrildiyi bir vaxtda yaxınlıqda yerləşən və Orta Şərqdən Mərkəzi Asiyaya kimi uzanan dəyişkən regionun təhlükəsizliyi üçün Dağlıq Qarabağ münaqişəsində beynəlxalq vasitəçilik daha vacib olmağa başlayır. Məqalədə o da qeyd olunur ki, Azərbaycan heç bir regional hərbi strukturlara qoşulmadan Rusiya ilə səmimi münasibət saxlayır, həmçinin Xəzər və Qara dəniz hövzələrində stabilləşmə üçün Avropa İttifaqı və NATO ilə də əməkdaşlıq formalaşdırıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/640995.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR