Play Store

ABŞ 7 savaş gəmisini Aralıq dənizinə göndərir

ABŞ 7 savaş gəmisini Aralıq dənizinə göndərir
21:18 10 Aprel 2018
204 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ "USS Harry Truman" aviadaşıyıcısını və 7 savaş gəmisini Aralıq dənizinə göndərir.

Publika.az xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilər aprelin 11-də döyüş təyyarələri ilə Virciniya ştatındakı Norfolk hərbi dəniz bazasından Avropa və Yaxın Şərqdə yerləşdirilməsi üçün yola düşəcək.

Məlumata görə, "USS Harry Truman" aviadaşıyıcısını "USS Normandy" kreyseri, "USS Arleigh Burke", "USS Bulkeley", "USS Forrest Sherman" və "USS Farragut" destroyerləri müşayiət edəcəklər. "USS Jason Dunham" ve "USS The Sullivans" destroyerləri isə gəmi karvanına daha sonra qatılacaq. Gəmilərin göyərtəsində, ümumilikdə, 6500 heyət üzvü olacaq.

Bundan başqa, ABŞ gəmilərini bir müddət Almaniya Hərbi Dəniz Qüvvələrinə məxsus "FGS Hessen" freqatı da müşayiət edəcək. (report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/abs/237106.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR