Vüqar Həşimovsuz bir il (VİDEO)

Vüqar Həşimovsuz bir il (VİDEO)
19:36 11 Yanvar 2015
199 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün gənc yaşında amansız xəstəlikdən dünyasını dəyişən beynəlxalq qrossmeyster Vüqar Həşimov məzarı başında anıldı. Onsuz keçən bir il dostları, yaxınları üçün 365 gündən daha artıq idi.

Azərbaycanın adını dünya səviyyəsində ucaldan məşhur şahmaçımız düz bir ildir ki, burdan ikinci fəxri xiyabandakı baş daşından soyuq baxışlarıyla mat qoyur hər kəsi. 27 yaşında əbədi dünyaya köçən Vüqar Həşimovu ötən ilin, məhz bu günü uzun müalicədən sonra dünyasını dəyişib. Bu gün ölümünün il dönümü ilə əlaqədar yaxınları, qohumlar, dostları onun məzarı ətrafına toplaşdılar.

Atası Qasım Həşimovun da bu gün Vüqar haqqında danışmaq istəməməsi əslində onun yoxluğu ilə barışmaq istəməməsidir.

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Qasımov ANS TV-yə verdiyi açıqlamasında bildirib ki, r ki, Vüqarın ölümü Azərbaycan şahmatı üçün ağır itkidir:

“Nəyin ki, Azərbaycanda, hətta bu olimpiyada vaxtları çoxları bizə yaxınlaşıb baş sağlığı verirdi. Kədərlə deyirdilər ki, çox böyük bir şahmatçını itiribsiz. Doğurdan da bu belədir”.

Onu yad edənlər arasında onun dostları da vardı, rəqibləri də. Şəhriyar Məmmədyarov deyir ki, Vüqar bəlkə də yeganə şahmatçı idi ki, qalib gələndə də, məğlub olanda da hisslərini biruzə verməzdi:

"Vüqar hər zaman rəqibə hörmətlə yanaşırdı, qalib gələndə sadə və rahat bir şəkildə davranırdı".

2012-ci ildən Vüqar Həşimov yarışlara qatılmırdı. Bu Vüqarın başqa ölkələrdə yaşayan dostlarını da narahat edirdi.

Vüqar Haşımovun ən yaxın dostu Serqey Koryakin: "Vüqar xəstələnməzdən əvvələ bizə gəlməli idi və yarışa hazırlaşmalı idik. O, yazdı ki, gələ bilmir. Amma mən ümid edirdim ki, o, xəstəliyə qalib gələcək. Təbii ki, bu ondan asılı deyildi. İstənilən halda mən hər zaman onun xatırlayıram”.

Müalicədə olduğu müddətdə Vüqar çox keçmədən yenidən şahmata qayıdacağını, yarışlarda qalib olacağını deyirdi. Lakin ömür vəfa etmədi. Vüqar Həşimovun adı yarışlarda lövhələrə deyil, əbədi olaraq soyuq məzar daşlarına həkk olundu.

Allah rəhmət eləsin!


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=319060

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR