İtaliyada möcüzə - "Roma" yarımfinalda!

Bu gün Çempionlar Liqasının 1/4 finalının cavab oyunlarına start verilib.

Metbuat.az-ın məlumatına görə, keçirilən iki oyunla yarımfinalın iki iştirakçısı müəyyənləşib.

Roma” öz meydanında “Barselona”nı qəbul edib. Evdə 4:1 hesablı qələbə qazanan Kataloniya təmsilçisi növbəti mərhələyə adlamağa yaxın olsa da, "Roma" inanılmazı bacarıb. Rəqibini 3:0 hesabı ilə darmadağın edən İtaliya təmsilçisi ən güclü 4 komanda sırasına vəsiqə qazanıb.

Digər oyunda isə “Mançester Siti” “Liverpul”u qəbul edib. Liverpulda keçirilən ilk görüşdə 0:3 hesablı məğlubiyyətlə üzləşən Xosep Qvardiolanın komandası cavab matçına erkən qolla başlasa da, "Liverpul" ikinci hissədə 2 qol vurmaqla əzmkar qələbə qazanıb.

10 aprel

"Roma" - "Barselona" - 3:0
Qollar:
Edin Ceko, 6, De Rossi, 58-pen, Manolas, 83
İlk oyun - 1:4
Baş hakim: Kleman Türpen (Fransa)

"Mançester Siti" - "Liverpul" - 1:2
Qollar:
Qabriel Jesus, 3 (1:0), Məhəmməd Salah, 56 (1:1), Firmino, 77 (1:2)
İlk oyun - 0:3
Baş hakim: Antonio Mateo Lahoz (İspaniya)


11 aprel

22:45."Real" – "Yuventus"
İlk oyun - 3:0
Baş hakim:
Maykl Oliver (İngiltərə)

22:45. "Bavariya" - "Sevilya"
İlk oyun - 2:1
Baş hakim:
Uilyam Kollum (Şotlandiya) / Qol.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR