Bakıda iki avtomobil yol ayırıcısında toqquşub - FOTO

Bakıda iki avtomobil yol ayırıcısında toqquşub - FOTO
07:47 11 Aprel 2018
81 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Binəqədi rayonu ərazisində yol qəzası baş verib. Milli.Az APA-ya istinadən bildirir ki, avtoqəza Əcəmi Naxçıvani və Şövkət Məmmədova küçələrinin kəsişməsində qeydə alınıb.

Hadisə zamanı "BMW" və "Volkswagen" markalı minik maşınları toqquşub. Məlumata görə, "BMW" markalı avtomobil 8-ci mikrorayon istiqamətində hərəkətdə olarkən qarşıdan gələn "Volkswagen"in sürücüsü ona yol verməyib və qəfildən sola manevr etməklə qəzaya şərait yaradıb.

Yol qəzası nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ziyan dəyib. Hadisənin təfərrüatları araşdırılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/641045.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR