AŞPA missiyası prezident seçkilərində müşahidəyə start verdi - FOTO

AŞPA missiyası prezident seçkilərində müşahidəyə start verdi - FOTO
08:38 11 Aprel 2018
32 Digər
Ölkə mətbuatı
A- A+

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidə missiyası Azərbaycanda keçirilən prezident seçkilərində səsvermənin gedişatını müşahidə etməyə başlayıb.

Missiyaya rumıniyalı deputat Viorel Rikard Badea rəhbərlik edir.

Müşahidəçilərdən biri, AŞPA-nın islandiyadan olan deputatı Aevarsdottir Thorhildur Sunna 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 20 saylı seçki məntəqəsinə baş çəkib, orada yaradılan şəraitlə tanış olub.

Qeyd edək ki, missiyanın tərkibinə 37 müşahidəçi daxildir. Onlar bu gün Bakıda və ölkənin regionlarında bir sıra seçki məntəqələrində olacaqlar. (report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/237137.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR