"Səsvermə prosesi çox yaxşı təşkil edilib".
Bunu APA-ya açıqlamasında 20 saylı Nərimanov ikinci seçki
dairəsinin 5 saylı məntəqəsində səsvermə prosesini izləyən AŞPA-nın
Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak
deyib. O, səsvermədə çoxlu sayda insanın iştirak etdiyini
söyləyib.
AŞPA müşahidə missiyasının digər üzvü, Bolqarıstandan olan Ceyhan
İbrahimov da səsvermə prosesinin demokratik prinsiplərə uyğun
həyata keçirildiyini bildirib: " Hər şey qaydasında gedir. İnsanlar
gəlir, səs verir. Düşünürəm ki, səsvermə prosesi sona kimi də belə
davam edəcək. Müşahidə missiyasının üzvləri Bakı, Bakıətrafı və bir
çox regionlarda səsvermə prosesini izləyəcək ".