Play Store

Azərbaycanın Əbu-Dabidəki səfirliyində və Dubaydakı baş konsulluğunda səsvermə keçirilir

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərindəki səfirliyində və Dubaydakı baş konsulluğunda yaradılmış seçki məntəqələrində səsvermədə fəallıq müşahidə olunur.

Metbuat.az xəbər verir ki, seçki məntəqələri açılan saatdan BƏƏ-də yaşayan və bu günlərdə ölkə ərazisində müvəqqəti olan Azərbaycan vətəndaşları səs verməyə başlayıblar. Məntəqələrdə səsvermə üçün lazımi şərait yaradılıb. Səfirlikdə və konsulluq şöbəsində qeydiyyat olan 275 Azərbaycan vətəndaşı seçkilər barədə məlumatlandırılıb. Əbu-Dabi şəhərində 78, Dubay şəhərində 197 seçici qeydiyyata alınıb.

Azərbaycanın BƏƏ-ki səfiri Daşqın Şikarov bildirib ki, Əbu-Dabidə seçki məntəqəsi açılandan seçicilərin fəallığı müşahidə olunur. O deyib ki, seçki prosesi azad, demokratik və şəffaf şəraitdə keçir, vətəndaşlarımız sərbəst şəkildə səs verirlər.

Səsvermə yerli vaxtla saat 19:00 başa çatacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR