Play Store

Vyanada yaradılmış seçki məntəqəsində səsvermə prosesi davam edir

Azərbaycan Respublikasının Prezidenti seçkiləri ilə əlaqədar ölkəmizin Vyanadakı səfirliyində yaradılmış 17 saylı Yasamal üçüncü seçki dairəsinin 36-cı seçki məntəqəsində səsvermə yerli vaxtla saat 8:00-da başlayıb.

Metbuat.az xəbər verir ki, səsvermə prosesi Azərbaycan Respublikası Konstitusiyasına, Seçki Məcəlləsinə və bu sahədəki digər qanunvericilik aktlarına uyğun aparılır. Buradakı məntəqədə qeydiyyatda olan 80 vətəndaşımızın azad, demokratik və şəffaf şəkildə səs vermələri üçün bütün şərait yaradılıb. Məntəqə zəruri avadanlıqla təmin edilib.

Məntəqə seçki komissiyasından bildirilib ki, məntəqədə Avstriyada və səfirliyin akkreditə olunduğu SloveniyaSlovakiyada yaşayan, eləcə də hazırda Avstriyada ezamiyyətdə olan Azərbaycan Respublikası vətəndaşlarının səsvermədə iştirakı üçün bütün şərait yaradılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR