Play Store

Həyat yoldaşını - bıçaqlayaraq öldürdü

Esenyurtda 2 aylıq həyat yoldaşı Sinan Aktaşı aralarında çıxan mübahisədən sonra öldürən İlknur Aktaş məhkəmədə həyat yoldaşının ana və atasıyla birlikdə yaşadığı üçün psixologiyasının pozulduğunu deyib.

Metbuat.az-ın türk mediasına istinadən verdiyi məlumata görə, Bakırköy 15-ci Ağır Cəza Məhkəməsində “Həyat yoldaşını qəsdən öldürmək” cinayətindən ağırlaşdırılmış ömürlük həbs cəzasıyla saxlanılan İlknur Aktaş özünü müdafiə edərək “Qayınatam mənə fərqli davranırdı. Mənə “Yeter” deyə xitab edirdi. Eltim qaynatamın köhnə sevgilisinin adının “Yeter” olduğunu bildirdi. Bundan başqa Ramazan ayında qaynatam mənə “sahurda yanıma gəl” dedi. Qaynanam bunları bilir və gülürdü”

Hadisə günü 21-00 radələrində həyat yoldaşının evə gəldiyini deyən İlknur Aktaş “Həmin gün qaynanam məni yenə əsəbiləşdirdi. Həyat yoldaşım da yanımda idi. Pəncərənin sındırıb, şüşəsi ilə biləyimi kəsmək istədim. Həyat yoldaşım mənə mane oldu. Mətbəxə gedib bıçaq götürərək, təkrar biləyimi kəsmək istədim. Arxamı döndükdə bıçaq həyat yoldaşımın sinəsinə saplandı. Həyat yoldaşımı yox, özümü öldürmək istəyirdim” deyərək ifadə verib.

Sinan Aktaşın ailəsinin vəkili Seymen Gelmez isə “Qaynata Parkinson xəstəsi idi. Cinsi bir düşüncə ola bilməz. Hadisədən bir az sonra vəfat etmişdir. Bıçaq mərhumun ürəyinin aşağısına tuş gəlib. Cinayətkarla aralarında ən az 20 santimetr boy fərqi olduğuna görə bilməyərəkdən bu şəkildə saplanması mümkün deyil” deyə bildirib.

Məhkəmə heyəti İlknur Aktaşın saxlanılmasının davamına qərar verərək, məhkəməni ertələyib.

https://metbuat.az/news/930522/heyat-yoldasini-ve-...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR