Qarabağ bölgəsində prezident seçkiləri seçicilərin fəallığı ilə keçirilir - FOTO

Qarabağ bölgəsində prezident seçkiləri seçicilərin fəallığı ilə keçirilir - FOTO
10:52 11 Aprel 2018
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident seçkiləri Qarabağ bölgəsində seçicilərin fəallığı ilə başlayıb.

Dairə seçki komissiyalarından AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, səsvermə hüququ olan sakinlər səhər saat 8:00-dan etibarən seçki məntəqələrinə gələrək azad, sərbəst şəkildə səs verir, ölkəmiz üçün mühüm əhəmiyyət daşıyan bu siyasi kampaniyada fəal iştirak edirlər.

Ağdam rayonunda seçkilər 118 və 119 saylı dairələrdə keçirilir. 118 saylı Ağdam şəhər seçki dairəsi dairə seçki komissiyasının 46 məntəqəsi 39 min 903 seçicini əhatə edir. Ağdamlı məcburi köçkünlər Bakı şəhərində, Abşeron və Bərdə rayonlarında təşkil edilmiş məntəqələrdə səs verirlər. Məntəqələrdə seçicilər və müşahidəçilər üçün hər cür şərait yaradılıb. Səsvermənin gedişini izləmək üçün 1 və 28 saylı məntəqələrdə veb-kameralar quraşdırılıb. Səsvermənin gedişini 496 müşahidəçi izləyir.

119 saylı Ağdam kənd seçki dairəsinin tərkibinə daxil olan 42 seçki məntəqəsi üzrə 42 min 224 seçici qeydə alınıb. Seçicilərdən 753 nəfəri ilk dəfə səs verən gənclərdir ki, onlardan da 204-nün 18 yaşı bu il tamam olub. Seçicilərin 1295 nəfəri 80-100 yaş arasında, 4 nəfərinin yaşı isə 100-dən artıqdır. Səsverməni izləmək üçün 405 müşahidəçi qeydiyyatdan keçib. 21 və 35 saylı seçki məntəqələrində seçkilərin gedişini veb-kamera vasitəsilə izləmək mümkündür.

48 saylı Yevlax seçki dairəsinin 31 seçki məntəqəsi üzrə 34 min 727 seçici qeydə alınıb. Onlardan 415 nəfəri ilk dəfə olaraq seçki hüququndan istifadə edəcək gənclərdir. On seçicinin yaşı isə 100-dən yuxarıdır. 27 saylı seçki məntəqəsində qeydə alınmış 122 yaşlı Zərnişan İsmayılova rayonun ən yaşlı seçicisidir. Səsvermənin gedişini 320 nəfər müşahidəçi izləyir. Seçki məntəqələrinin 15-də veb-kameralar quraşdırılıb.

49 saylı Yevlax-Mingəçevir seçki dairəsi dairə seçki komissiyasından verilən məlumata görə, seçkilər 38 seçki məntəqəsində keçirilir. Seçki məntəqələrinin 26-sı Yevlaxda, 12-si isə Mingəçevirdə yerləşir. Qeydə alınmış 36 min 823 seçicidən 694 nəfəri ilk dəfə səs verəcək vətəndaşlardır. Seçicilərin 519 nəfərinin yaşı 80-100 arasındadır. Seçkilərin gedişini 400 nəfər müşahidəçi izləyir. 4, 7, 15, 18, 21, 34, 35 saylı məntəqələrdə seçkinin gedişini veb-kamera vasitəsilə izləmək mümkündür.

Prezident seçkiləri 81 sayı Beyləqan seçki dairəsinin əhatə etdiyi seçki məntəqələrində də seçicilərin yüksək fəallığı ilə başlayıb. Dairə üzrə 39 seçki məntəqəsində 37 min 522 seçicinin səs verməsi nəzərdə tutulur. Məntəqələrin 5-də veb-kamera quraşdırılıb. Sesvermənin gedişi 402 müşahidəçi tərəfindən izlənilir.

Seçkilər 82 saylı Ağcabədi seçki dairəsinin 46 seçki məntəqəsində keçirilir. Məntəqələrdə seçkilərin şəffaf və demokratik keçirilməsi üçün hər cür şərait yaradılıb. Səsvermə prosesini izləmək üçün 2, 3, 7, 8, 11, 13, 22 saylı məntəqələrdə veb-kameralar quraşdırılıb. Dairə üzrə seçicilərin ümumi sayı 46 min 344 nəfərdir. Seçkiləri 475 müşahidəçi izləyir.

83 saylı Ağcabədi - Füzuli seçki dairəsinin sədri Mübahir Nəsirov bildirib ki, dairənin əhatə etdiyi 42 məntəqədə 38 min 757 seçici səs verməlidir. Məntəqələrdə seçicilər və müşahidəçilər üçün hər cür şərait yaradılıb. Seçkiləri 448 müşahidəçi izləyir. 1, 2, 21, 23 saylı məntəqələrdə veb-kameralar quraşdırılıb. Səsvermə seçicilərin fəallığı şəraitində keçir.

84 saylı Füzuli seçki dairəsi üzrə 71 seçki məntəqəsi fəaliyyət göstərir. Seçki məntəqələrinin 46-sı rayonun işğaldan azad edilmiş ərazisində, 25-i isə respublikanın digər şəhər və rayonlarında yerləşir. Seçicilərin ümumi sayı 46 min 085 nəfərdir. Seçicilərdən 827 nəfəri ilk dəfə səs verən gənclərdir ki, onlardan da 305-nin 18 yaşı bu il tamam olub. Yeddi məntəqədə seçkilərin gedişini veb-kamera vasitəsilə izləmək mümkündür. Seçkiləri 839 müşahidəçi izləyir.

93 saylı Bərdə şəhər seçki dairəsi dairə seçki komissiyasının sədri Şakir Əliyevin verdiyi məlumata görə, 50 seçki məntəqəsi üzrə 43 min 681 seçici qeydə alınıb. Seçicilərin 884 nəfəri səsvermədə ilk dəfə iştirak edir. On bir seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Seçkini izləmək üçün 581 müşahidəçi qeydiyyatdan keçib.

94 saylı Bərdə kənd seçki dairəsində seçkilər seçicilərin yüksək fəallığı ilə başlayıb. Dairə üzrə səsvermə 54 seçki məntəqəsində təşkil edilib. 6, 11, 22, 27, 45 saylı seçki məntəqələrində veb-kameralar quraşdırılıb. Qeydə alınmış 45 min 135 seçicinin 877 nəfəri ilk dəfə səs verir. 1274 nəfər seçicinin 80-100 yaş arasında, 15 seçicinin yaşı isə 100-dən artıqdır. 30 saylı seçki məntəqəsində qeydə alınmış 124 yaşlı Səmərqə Allahverdiyeva nəinki rayonun, eləcə də respublikanın ən yaşlı seçicisidir.

Prezident seçkiləri 95 saylı Tərtər seçki dairəsinin 38 məntəqəsində təşkil olunub. Dairə seçki komissiyasının sədri Həmid Mehdiyev bildirib ki, məntəqələrdə seçkilərin azad, demokratik və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılıb, 8 məntəqədə veb-kameralar quraşdırılıb. Seçki prosesini 390 müşahidəçi izləyir. Dairə üzrə seçicilərin ümumi sayı 38 min 38 nəfərdir. 132 nəfər gənc ilk dəfə olaraq seçki hüququndan istifadə edir, 17 seçicinin isə yaşı 100-dən yuxarıdır.

Laçın rayonunun ərazisi Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğu üçün 121 saylı Laçın seçki dairəsini əhatə edən 102 seçki məntəqəsi respublikanın 48 şəhər və rayonunda, o cümlədən laçınlı məcburi köçkünlərin daha çox məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü ərazisində fəaliyyət göstərir.

Dairə seçki komissiyasından verilən məlumata görə, dairə üzrə seçicilərin ümumi sayı 46 min 200 nəfərdir. Laçınlı məcburi köçkünlər səsvermədə fəal iştirak edirlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/641115.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR