Qaradağ sakinləri səsvermədə mütəşəkkil qaydada iştirak edirlər

Qaradağ sakinləri səsvermədə mütəşəkkil qaydada iştirak edirlər
10:52 11 Aprel 2018
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Aprelin 11-də Azərbaycan Respublikası prezidentinin seçkiləri günü Bakının Qaradağ rayonundakı bütün seçki məntəqələrində səhər saatlarından əhalinin yüksək fəallığı müşahidə olunur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsinin əhatə etdiyi məntəqələrdə fəallıq daha yüksəkdir. Dairə seçki komissiyasının sədri Qəşəm Əhmədzadə bildirib ki, 32 daimi seçki məntəqəsində 42 min 300 seçici qeydiyyata alınıb. Məntəqələrin 12-də veb-kameralar quraşdırılıb. Prezident seçkilərində 343 nəfər ilk dəfə səs verəcək. Məntəqələrdə heç bir qanun pozuntusu müşahidə olunmayıb. Sakinlər mütəşəkkil qaydada səsvermədə iştirak edirlər.

11 saylı Qaradağ seçki dairəsi dairə seçki komissiyasının sədri Azər Ələsgərov isə deyib ki, qeydə alınan 49 min 956 nəfər 37 daimi və 6 müvəqqəti məntəqədə səs verəcək. Onların 571 nəfəri ilk dəfə səs verən gənclərdir. Səsvermədə iştirak edənlərin arasında yaşı 100-dən yuxarı olan da var. Müşahidəçilərə səsvermə prosesini izləmək üçün hər cür şərait yaradılıb. Məntəqələrdə 200 müşahidəçi səsvermə prosesini izləyir. Eyni zamanda, dairə üzrə 10 məntəqədə veb-kameralar quraşdırılıb ki, bu da səsvermənin şəffaflığını təmin edəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/641119.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR