Gürcüstanda Azərbaycan vətəndaşları arasında böyük fəallıq müşahidə olunur

Gürcüstanda Azərbaycan vətəndaşları arasında böyük fəallıq müşahidə olunur
11:22 11 Aprel 2018
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Gürcüstanda yerləşən seçki məntəqələrində Azərbaycan vətəndaşları arasında böyük fəallıq müşahidə olunur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın Gürcüstandakı səfirliyinin üçüncü katibi, Tbilisidəki seçki komissiyasının üzvü Samirə Ağayeva deyib.

O bildirib ki, seçki məntəqələri saat 08:00-da açılıb.

Bu gün Tbilisi və Batumi şəhərlərində Gürcüstanda müvəqqəti yaşayan Azərbaycan vətəndaşları üçün məntəqələr açılıb.

Azərbaycanın Gürcüstandakı konsulluğunda 557 nəfər qeydiyyata alınıb.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərir. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkündür. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyir.

Prezident seçkilərində səsvermə saat 19:00-da sona çatacaq. Hazırkı məlumata əsasən, Azərbaycanda 5 milyon 309 min 434 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Saat 10:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 18,71 faizi, yəni 994 196 seçici səs verib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/641146.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR