"Araşdırıb, tədbir görəcəyik" – MSK rəsmisi

"Araşdırıb, tədbir görəcəyik" – MSK rəsmisi
11:23 11 Aprel 2018
46 Digər
Ölkə mətbuatı
A- A+

Mərkəzi Seçki Komissiyasına bu saatadək şikayət xarakterli heç bir məlumat daxil olmayıb.

Bunu Publika.az-a açıqlamasında MSK Katibliyinin müdiri Rövzət Qasımov bildirib.

O qeyd edib ki, proses qanunvericiliyə uyğun olaraq davam etdirilir: “Hələlik MSK-ya yazılı və şifahi olaraq müşahidəçilər və jurnalistlər tərəfindən heç bir şikayət daxil olmayıb. Əgər belə bir müraciət daxil olarsa, araşdırıb tədbir görəcəyik”.

Qeyd edək ki, bu gün ölkə üzrə prezident seçkilərinin səsvermə mərhələsi keçirilir. Üç saatdan artıqdır ki, seçki məntəqələri qapılarını seçicilərin üzünə açıb.

Səsvermə hüququ olan şəxslərin sayı 5 milyon 309 min 434 nəfərdir. Onlardan 50,78 faizini qadınlar, 49,22 faizi isə kişilər təşkil edir.

Səsvermə saat 19:00-da başa çatacaq.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/237166.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR