Sumqayıt: 37 seçki məntəqəsində veb-kamera quraşdırılıb - FOTO

Sumqayıt: 37 seçki məntəqəsində veb-kamera quraşdırılıb - FOTO
11:32 11 Aprel 2018
25 Ölkə
Ölkə mətbuatı
A- A+

Aprelin 11-də saat 8-də Sumqayıtda yerləşən 134 seçki məntəqəsində Azərbaycan prezidentinin seçkiləri ilə bağlı səsvermə başlayıb. Artıq səhər tezdən məntəqələrdə seçicilərin fəallığı müşahidə olunub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Sumqayıt üzrə seçici siyahılarında 163 min 286 seçici qeydə alınıb. 2017 vətəndaş ilk dəfə seçici hüququndan istifadə edəcək. 53 nəfərin ad günü isə aprelin 11-nə təsadüf edir.

37 seçki məntəqəsində veb-kamera quraşdırılıb. Seçkinin başlanmasına bir neçə saat qalmış Sumqayıt telekommunikasiya şəbəkəsinin mütəxəssisləri seçki məntəqələrinin sədrləri ilə birlikdə məntəqələrə baş çəkib, səsvermənin gedişini real rejimdə müşahidə etmək məqsədilə quraşdırılmış veb-kameraların hər birinin texniki vəziyyətinin tam hazırlığının son yoxlamasını keçiriblər. Müvafiq texniki avadanlıq tənzimlənib, onların sabit işəməsinin təmin edilməsi üçün zəruri tədbirlər görülüb.

Bununla yanaşı, bütün məntəqələrində tibb, ana və uşaq otaqları fəaliyyət göstərir. Sağlamlıq imkanları məhdud olanlar üçün müvafiq məntəqələrdə panduslar quraşdırılıb, habelə gözdən əlil şəxslər üçün bülletenlərə eyni xüsusi plastik trafaretlər hazırlanıb.

"RƏY" Monitorinq Mərkəzi, Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi Fransanın "Opinion Way" təşkilatı ilə birlikdə, həmçinin "Els" Müstəqil Araşdırmalar Mərkəzinin könülləri bir sıra məntəqələrin çıxışında "exit-poll" keçirir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/641147.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR