MSK protokolları təsdiq etdi

MSK protokolları təsdiq etdi
19:41 11 Yanvar 2015
162 Ölkə
Ölkə mətbuatı
A- A+

Yanvarın 11-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, əvvəlcə Komissiyanın 7 yanvar və 9 yanvar 2015-ci il tarixlərində keçirilmiş iclaslarının protokolları təsdiq edilib.

İclasda 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə də baxılıb. MSK üzvləri tərəfindən müzakirə edildikdən sonra müraciətlərlə bağlı müvafiq qərarlar qəbul edilib.

Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdikləri iclasda cari məsələlərə də baxılıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR